Azərbaycan və Türkiyənin BRİCS həmləsi: regional əməkdaşlıq güclənir
SİYASƏT
14:05
03.09.2024
Baxılıb: 1557
Azərbaycan və Türkiyənin BRİCS həmləsi: regional əməkdaşlıq güclənir

Bu gün beynəlxalq geosiyasətin əsas tendensiyalarından biri məhz qütbləşmə ilə bağlıdır. Dünyada qütbləşmə sürətlə davam edir. Bu isə öz növbəsində həm də müxtəlif təşkilatların fəallaşması, bəzilərinin isə sıradan çıxması ilə nəticələnir.

Son zamanlar yenidən gündəmə gələn və əhəmiyyətinin getdikcə artdığı hiss edilən təşkilatlardan biri də BRİCS-dir. BRİCS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

Azərbaycan bir müddət əvvəl, daha dəqiq desək, bu il avqustun 20-də sözügedən təşkilata üzvlüklə bağlı rəsmi müraciət edib.

Bundan əvvəl, iyulun 3-də isə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRİCS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRİCS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.

Rəsmi Bakının bu müraciəti ilk günlər müəyyən suallar yaradırdı. Əsas suallardan biri də bu idi: BRİCS Azərbaycana nə vəd edir?

Bu suallara cavab verməzdən əvvəl yada salaq ki, rəsmi Bakının təşkilata üzvlüklə bağlı müraciəti Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də Azərbaycana dövlət səfərindən və həmkarı İlham Əliyevlə görüşdən sonrakı dövrə təsadüf etdi. Bu, İkinci Qarabağ Müharibəsindən sonra V.Putinin Bakıya ilk səfəri idi. Səfərin dövlət əhəmiyyətli olması bu hadisə ilə müəyyən gözləntilər yaradırdı. Düşünmək olar ki, Azərbaycanın BRİCS-ə üzvlüyü ilə bağlı müraciəti məhz Prezident İlham Əliyevlə rusiyalı həmkarının görüşü zamanı əsas müzakirə mövzularından olub.

Azərbaycanın təşkilata üzvlüyü ilə bağlı meydana çıxan digər suallardan biri də perspektivdə Bakı – Ankara münasibətlərinin necə dəyişəcəyi haqqında idi. Sentyabrın 2-də beynəlxalq və yerli mediada Türkiyənin BRİCS-ə üzvlük üçün rəsmi müraciət etdiyi barədə məlumat yayıldı. Ankara hələ ki məsələyə rəsmi münasibət bildirməyib. Amma Kremlin sözçüsü Dmitri Peskov dünən verdiyi açıqlamada dedi ki, Türkiyə BRİCS-ə üzvlük üçün maraq göstərir.

Ehtimal etmək olar ki, avqustun 17-də və sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan telefon danışığında, habelə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 27-də Türkiyəyə işgüzar səfərində və həmkarı Hakan Fidanla telefon danışığında da bu məsələ geniş müzakirə olunub.

Bəs Azərbaycan və Türkiyənin təşkilata üzvlüyü hansı zərurətdən irəli gəldi? İlk növbədə, bu, yəqin ki, hər iki dövlətin təşkilatın əsas üzvləri olan Moskva və Pekinlə münasibətlərinin səviyyəsindən irəli gəlir. İkincisi, bu təşəbbüs həm də iqtisadi maraqlarla bağlıdır. Hər halda həm Azərbaycanın, həm də Türkiyənin üzv dövlətlərinin bir çoxu ilə ciddi iqtisadi əlaqələri var. Perspektivdə bu əlaqələrin daha da inkişafı mümkündür. İqtisadi inkişaf isə həm də siyasi güc deməkdir.

Yeri gəlmişkən, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi sabah - sentyabrın 4-də 12 ildən sonra ilk dəfə Türkiyəyə səfər edəcək. O, həmkarı R.T.Ərdoğanla görüşəcək. Rəsmi məlumata görə, liderlərin Yaxın Şərqdə, o cümlədən Qəzzadakı durumu müzakirə edəcəkləri gözlənilir. Amma düşünmək olar ki, dövlət başçıları məhz Türkiyənin təşkilata üzvlüyü barədə də danışacaqlar.

Məlum olduğu kimi, Qahirə ilə Ankara arasında münasibətlər hələ ki sərindir. Ankaranın BRİCSƏ üzvlük məsələsi ilə Sisinin Türkiyəyə səfərinin eyni ərəfəyə düşməsi, böyük ehtimal, təsadüf deyil. Düşünmək olar ki, perspektivdə Türkiyənin təşkilata üzvlüyü Misirlə əlaqələrin inkişafı üçün müstəsna rol oynayacaq. Bundan qazanan isə təkcə Ankara yox, həm də Qahirə olacaq.

Ümumiyyətlə, Azərbaycan və Türkiyənin BRİCS-ə mümkün üzvlüyü təşkilatın özü üçün də əhəmiyyətlidir. Bu, təkcə iqtisadi baxımdan deyil, həm də siyasi və təhlükəsizlik kontekstindən qiymətləndirilməli məsələdir. Unutmamalıyıq ki, Azərbaycan və Türkiyə regional və qlobal proseslərə yön verən iki aparıcı aktordur.

Azərbaycandan sonra Türkiyənin BRİCS-ə üzvlük üçün müraciəti həm də iki qardaş dövlət arasında münasibətlərin pozulması üçün bir bəhanə axtaranlara cavab oldu: bir daha göstərildi ki, Bakı və Ankaranın xarici siyasət kursunda heç bir ziddiyyət yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Startaplara 12 milyard avro dəstək vəd edir
17:01
Metroda doğulan körpə üçün ömürlük pulsuz abunə
16:55
SVP: İmmiqrantlardan hərbidən azad vergisi alınmalıdır
16:52
Büdcə planları narahatlıq yaradır
16:47
Intelə dövlət dəstəyi ilə bağlı müzakirələr davam edir
16:44
Berlində qəsdən yandırmada şübhələnir
16:40
Tibb bacıları tərk edilmiş xəstəxanada yaşamağa məcbur edildi
16:25
Norveçdə benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var
11:46
ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb
11:43
Macarıstan Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:38
Hollandiya Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:36
NATO-nun iki qərargahı Finlandiyada yerləşəcək
11:29
Bir il ərzində Rusiyanı 2 milyondan çox miqrant tərk edib
11:25
BMT Baş Assambleyası İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb
11:22
Hər il 1 trilyon ABŞ dollarından çox ziyan
11:09
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
11:07
İlon Mask ABŞ-ni senzurada ittiham edib
11:06
Foto və daktiloskopik barmaq izinin identifikasiyası proseduruna başlanılacaq
11:04
Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi
11:02
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək
11:02