Türkiyə ilə Özbəkistan arasında əməkdaşlıqla bağlı yol xəritəsi imzalanıb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın sözügedən sənədi Daşkənddə həmkarları ilə üçtərəfli görüş çərçivəsində imzalayıblar.