XİN: Niderland növbəti dəfə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir
SİYASƏT
18:42
17.09.2024
Baxılıb: 1389
XİN: Niderland növbəti dəfə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir

Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir:

"Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub".

A.Hacızadə vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılması qətiyyən doğru deyil:

"Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik. Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq".

Qeyd edək ki, bir müddət əvvəl Qarabağdan erməni sakinlərin guya “məcburi çıxarılması"nı bəyan edən Niderland parlamentinin ardınca bu dəfə ölkə hökuməti Azərbaycana qarşı birmənalı ədalətsiz mövqe nümayiş etdirib. Belə ki, sentyabrın 13-də Niderland hökumətinin saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağ ələ keçirilmiş region kimi təqdim edilib və "Dağlıq Qarabağ" kimi qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Dünya Bankı Azərbaycanın enerji səmərəliliyinin artırılması nəticəsində əldə edəcəyi gəlirləri açıqlayıb
18:40
Putin və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
18:38
Muxtar Babayev ABŞ Prezidentinin baş müşaviri ilə görüşüb
18:12
Azərbaycan BƏƏ ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib
18:10
İsrail Livanda BMT-nin qərargahına zərbə endirib, iki sülhməramlı yaralanıb
18:08
Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə edilməsi ilə bağlı 12 poliqon yeri seçilib
18:07
Çin ABŞ şirkətlərinə sanksiya tətbiq edib
18:05
Aytən Hacıyeva: “BP “yaşıl enerji” layihələri ilə regionda emissiyaları 11 % azaldacaq”
17:58
Samir Məmmədov: "İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib"
17:57
İrakli Kobaxidze: "Anakliya limanı Gürcüstanın Orta Dəhlizdə əlaqələndirici rolunu genişləndirəcək"
17:52
Nazirlik rəsmisi: "Sənayenin hərtərəfli inkişafa və şaxələndirməyə ehtiyacı var"
17:50
İran XİN başçısı: Tehran Vaşinqtonla üçüncü tərəf vasitəsilə diplomatik təmasdadır
17:48
Gürcüstan Azərbaycan startaplarına 10 illik vergi güzəştləri təqdim edə bilər
17:47
İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
17:46
Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
17:44
Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışı
17:43
“Müharibəyə yox! Agenturaya yox” - Tbilisi küçələrində hakim partiyanın yeni təbliğat plakatları yapışdırılıb
17:41
BFB: Bazarın inkişafının növbəti mərhələsi törəmə maliyyə alətlərinin inkişafı ilə bağlı olacaq
17:40
KİV: Sepahın Qüds qoşunları komandanı Nəsrullahın ölümü ilə bağlı sorğu-sual olunur
17:39
Fariz Cəfərov: "Azərbaycanda yeni bizneslərin yaradılmasına dəstək göstəriləcək"
17:38