Elin Süleymanov "The Guardian"da Azərbaycanla bağlı məqaləyə cavab verib
SİYASƏT
08:38
24.09.2024
Baxılıb: 2064
Elin Süleymanov

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "The Guardian" qəzetində Azərbaycanla bağlı dərc edilmiş məqaləyə cavab verib.

Səfirlikdən “Report”a bildirilib ki, diplomat cavab məktubunda olimpiya oyunlarında olduğu kimi, Azərbaycanın COP29 tədbiri keçirildiyi müddətdə dünyada davam edən münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmaqla atəşkəsə dəvət etdiyini vurğulayıb.

Azərbaycan və Ermənistan arasında münaqişə 30 ildən artıq davam edib və iki ölkə arasında hazırda aparılan sülh danışıqlarının nəticəsi olaraq COP29-a ev sahibliyi etməsi üçün ölkəmizin namizədliyinin Ermənistan tərəfindən dəstəklənməsi təqdir edilməlidir. Tərəflər son 30 ildə sülhə hələ bu qədər yaxın olmayıb və dünyada geosiyasi gərginliyin artdığı zamanda Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ümidvericidir.

Eyni zamanda Azərbaycanın silahlı qüvvələrinin mövcud olmasının sülhə təhlükə törətdiyini iddia etmək əsassızdır. Bu məntiqlə bütün dünya dövlətləri sülhməramlı fəaliyyətdən imtina etməli və BMT Təhlükəsizlik Şurası buraxılmalıdır. Odur ki, Azərbaycanın COP29 qlobal atəşkəs təşəbbüsü nə "ikiüzlülük", nə də "süni PR" kimi qiymətləndirilə bilər.

Ermənistan tərəfindən onilliklər boyu qeyri-qanuni işğal altında saxlanılan torpaqlarda Azərbaycanın "etnik təmizləmə" həyata keçirdiyi iddiası dəfələrlə təkzib olunub. Hətta Ermənistanın təşəbbüsü ilə çağırılmış BMT Təhlükəsizlik Şurasının iclasında da bu qənaətə gəlinib. Həmin torpaqların statusu isə heç vaxt "mübahisəli" olmayıb. BMT və dünyanın hər bir dövləti, o cümlədən Ermənistanın hazırkı rəhbərliyi həmin əraziləri Azərbaycanın suveren ərazisi kimi tanıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51