Hakan Fidan: Qlobal problemlərin həlli üçün effektiv struktur tələb olunur
SİYASƏT
16:40
24.09.2024
Baxılıb: 906
Hakan Fidan: Qlobal problemlərin həlli üçün effektiv struktur tələb olunur

Birləşmiş Millətlər Təşkilatı artan təhlükələrə qarşı liderlik nümayiş etdirə bilmir. Qlobal problemlərin ümumi həlli üçün effektiv struktur tələb olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda davam edən BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində təşkil olunan “Gələcəyin zirvəsi” adlı iclasda çıxışı zamanı ifadə edib.

Beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin “tarixi sınaqdan” keçdiyini qeyd edən Fidan onların böhran və münaqişələrə həll yolu tapmaq imkanlarının azaldığını vurğulayıb.

“Qlobal problemlərin ortaq həlli üçün effektiv struktura ehtiyac var. Bu strukturun daha əhatəli və çoxtərəfli olması zəruridir. BMT-də və xüsusilə BMT Təhlükəsizlik Şurasında əhatəli islahatlara ehtiyac var. BMT-də qərarvermə mexanizmləri daha demokratikləşdirilməli və qütbləşmənin qarşısını almaq üçün yollar hazırlanmalıdır. Beynəlxalq sülh və təhlükəsizliyi məhdud sayda ölkələrin “imtiyazlı qrup”unun əlinə vermək olmaz”.

Nazir çıxışı zamanı qlobal bərabərsizlik və ədalətsizliyin artdığına, bunların isə islamofobiya və ksenofobiyaya yol açdığına diqqət çəkib.

Beynəlxalq maliyyə strukturunda da islahatlara ehtiyac olduğunu vurğulayan Fidan yalnız bu yolla davamlı inkişaf məqsədlərinə nail olmağın mümkünlüyünü qeyd edib. O, ölkəsinin bu məqsədlərə çatmaq üçün hər bir platformada səylərini davam etdirəcəyini və beynəlxalq ictimaiyyətin Türkiyənin ev sahibliyi etdiyi BMT Texnologiya Bankına dəstəyini artıracağını gözlədiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yuxular arasında ünsiyyət reallığa çevrilib
00:00
Ailələrə internet asılılığı xəbərdarlığı: Yaş azaldıqca risk artır
23:52
Dünya Bankı Azərbaycanın enerji səmərəliliyinin artırılması nəticəsində əldə edəcəyi gəlirləri açıqlayıb
18:40
Putin və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
18:38
Muxtar Babayev ABŞ Prezidentinin baş müşaviri ilə görüşüb
18:12
Azərbaycan BƏƏ ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib
18:10
İsrail Livanda BMT-nin qərargahına zərbə endirib, iki sülhməramlı yaralanıb
18:08
Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə edilməsi ilə bağlı 12 poliqon yeri seçilib
18:07
Çin ABŞ şirkətlərinə sanksiya tətbiq edib
18:05
Aytən Hacıyeva: “BP “yaşıl enerji” layihələri ilə regionda emissiyaları 11 % azaldacaq”
17:58
Samir Məmmədov: "İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib"
17:57
İrakli Kobaxidze: "Anakliya limanı Gürcüstanın Orta Dəhlizdə əlaqələndirici rolunu genişləndirəcək"
17:52
Nazirlik rəsmisi: "Sənayenin hərtərəfli inkişafa və şaxələndirməyə ehtiyacı var"
17:50
İran XİN başçısı: Tehran Vaşinqtonla üçüncü tərəf vasitəsilə diplomatik təmasdadır
17:48
Gürcüstan Azərbaycan startaplarına 10 illik vergi güzəştləri təqdim edə bilər
17:47
İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
17:46
Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
17:44
Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışı
17:43
“Müharibəyə yox! Agenturaya yox” - Tbilisi küçələrində hakim partiyanın yeni təbliğat plakatları yapışdırılıb
17:41
BFB: Bazarın inkişafının növbəti mərhələsi törəmə maliyyə alətlərinin inkişafı ilə bağlı olacaq
17:40