Rusiya XİN müavini Qoşulmama Hərəkatının dünyada nüfuzlu rolunu qeyd edib
SİYASƏT
00:00
25.09.2024
Baxılıb: 270
Rusiya XİN müavini Qoşulmama Hərəkatının dünyada nüfuzlu rolunu qeyd edib

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin çoxqütblü dünya nizamının qurulmasında Qoşulmama Hərəkatının nüfuzlu rolunu qeyd edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya XİN-in BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutan Qoşulmama Hərəkatına üzv ölkələrin nazirlərinin görüşünün yekunlarına dair məlumatında deyilir.

Sergey Verşinin çıxışında beynəlxalq münasibətlərin çoxqütblü sisteminin qurulmasında bu təmsilçi strukturun mühüm rolu sayəsində Hərəkatın qlobal miqyasda nüfuzunun əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

Görüşdə nazir müavini Rusiyanın Fələstin-İsrail münaqişəsinin həllinə dair prinsipial yanaşmalarını açıqlayıb, həmçinin Rusiya tərəfinin Qoşulmama Hərəkatı ilə, o cümlədən BMT-də qarşılıqlı fəaliyyəti daha da gücləndirməyə sadiqliyini təsdiqləyib.

Qeyd edək ki, Rusiya Qoşulmama Hərəkatında müşahidəçi statusuna malikdir. 2019-cu ildən Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil qərarına əsasən Azərbaycan üç il müddətinə bu quruma sədrlik etməyə başlayıb. 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə ölkəmizin Qoşulmama Hərəkatına sədrlik müddəti daha bir il uzadılıb.

Prezident İlham Əliyev Bakıda keçirilmiş “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, rəsmi Bakı Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində təşkilat daxilində çox səmimi ab-hava yaradıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
21:19
Ramil Həsən: Barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət edilməlidir
21:16
Ceyhun Bayramov Quterreşin müavini ilə Azərbaycanın COP29 Sədrliyinin prioritetlərini müzakirə edib
21:15
Kaxa Kaladze: Avropa Parlamentinin qətnaməsinin Gürcüstan üçün heç bir dəyəri yoxdur
21:12
“Milton” qasırğası Floridanın sahil xəttini kəskin şəkildə dəyişdirə bilər
21:11
Sorğu: Amerikalılar prezident seçkiləri öncəsi iqtisadiyyatı əsas mövzu hesab edir
19:54
Azərbaycanla Malayziya arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 60 faiz artıb
19:52
Bitcoini kim yaradıb?
19:39
Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib
19:27
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
19:25
Türk Dünyası Sığorta Birliyinin ilk konqresi Şuşada keçiriləcək
19:23
Rusiyalı ekspert: "İslam hüququ kriptovalyutaları qəbul etməlidir"
19:21
Türk Dövlətləri Fintex Alyansı yaradılıb
19:19
AMFA: "Mikromaliyyələşdirmədə etik standartlara riayət olunmalıdır"
19:15
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı növbəti məhkəmə keçirilib
19:03
Pakistanlı ekspert: Qərb iqlim gündəliyindən problemləri həll etmək üçün deyil, təzyiq üçün istifadə edir
19:01
Lukaşenko: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün çox iş görülüb
19:00
AYNA avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim edib
18:57
Viktor Orban: Avropa Komissiyası müqavilələrin zəmanətçisi deyil, siyasi alət rolunu oynayır
18:54
Yeganə Hacıyeva: QHT sektoru COP29 çərçivəsində problemlərin həlli istiqamətində konsepsiya ortaya qoyur
18:53