XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır
SİYASƏT
19:52
28.09.2024
Baxılıb: 143
XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır

Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun Ermənistanın “Armenpress” xəbər agentliyinin sualına cavabında Avropa İttifaqının Ermənistandakı Missiyasının mandatı və Ermənistanın militarizasiyası barədə səsləndirdiyi fikirlər tamamilə əsassız və qəbuledilməzdir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun iddialarına dair şərhində deyilir.

"Avropa İttifaqı rəsmisinin Azərbaycan Respublikası Prezidentinin fikirlərini yanlış və açıq qərəzlə şərh etməsini qətiyyətlə rədd edirik.

Azərbaycanın razılığı ilə yaradılmış missiyanın mandatının heç bir əsas olmadan genişləndirilərək, onun guya bölgədə sülh və Azərbaycanla-Ermənistan arasında normallaşma prosesinə dəstək rolunun olması fikirləri bu missiyadan necə sui-istifadə edildiyini göstərir.

Anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilən bu missiya Azərbaycanın Ermənistan ilə apardığı normallaşma prosesində hər hansı bir rola malik ola bilməz.

Aİ missiyası təsis edilən gündən müxtəlif vədlərə baxmayaraq, missiya Azərbaycanın legitim maraqlarını nəzərə almayıb, missiya fəaliyyəti qarşılıqlı inam və etimadı təmin etməyib.

Aİ Missiyasının rəhbəri dəfələrlə Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirdiyi, Aİ Missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim edildiyi, bununla normallaşma prosesinə xələl gətirdiyi hər kəsə məlumdur. Bu mühitdə, Ermənistan tərəfi Aİ Missiyasının mövcudluğundan sui-istifadə etməkdədir.

Bununla yanaşı, bütün dünyada öz işğalçılıq siyasəti, Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü ilə tanınan Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniya Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir. Bu prosesə Avropa İttifaqı mətbuat katibinin bəraət qazandırması narahatlıq mənbəyidir.

Qonşularına qarşı ərazi iddialarından əl çəkməyən Ermənistanın strateji hücum silahları əldə etməsi daxil olmaqla, kütləvi şəkildə hərbiləşmə siyasətinə son qoyulmaması bölgədə növbəti gərginliyin yaradılması səyləri kimi qiymətləndirilə bilər.

Azərbaycan bölgədə beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhün, sabitliyin və təhlükəsizliyin tərəfdarıdır. Sülhə təhdid törədən addımların qətiyyətlə qarşısının alınması zəruridir", - açıqlamada qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
ABŞ-da Helen qasırğası 60-dan çox insanın həyatına son qoyub
11:12
Azərsilah” strateji Anlaşma Memorandumu imzalayıb
22:07
Livan "Hizbullah"ının lideri Həsən Nəsrullahı Seyid Haşim Səfiuddinin əvəz edəcəyi gözlənilir
21:15
Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi
20:42
“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb
20:41
İran "Hizbullah" lideri üçün beş günlük matəm elan edib
20:30
Xameneyi cihad kökmü verdi
20:28
KİV: SEPAH komandiri İsrailin hava hücumu nəticəsində öldürülüb
20:12
Muxtar Babayev Quterreşin müşaviri ilə COP29 üzrə ortaq məqsədləri müzakirə edib
20:08
XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır
19:52
Astarada “Ümumdünya Ürək Günü”nə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib
19:49
İran Livana könüllülər göndərməyə hazırlaşır
17:26
Ombudsmanın nümayəndələri Suriyadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib
17:23
Dünya çempionatı: Azərbaycan gimnastları finala vəsiqə qazanıblar
17:21
Müqtəda əs-Sədr İraqda üç günlük matəm elan edib
17:14
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb
17:11
Ermənistan və Fələstin diplomatik əlaqələr qurur
17:09
Pakistanda helikopter qəzaya uğrayıb, azı 6 nəfər ölüb
17:06
İlham Əliyev: Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığımız daha da dərinləşəcək
16:58
Nepalda təbii fəlakətlər nəticəsində azı 38 nəfər ölüb
16:07