Bruney-Darüssalamın Baş Prokuroru: Azərbaycanla münasibətlərin bundan sonra da inkişafına əminəm
SİYASƏT
18:52
29.09.2024
Baxılıb: 297
Bruney-Darüssalamın Baş Prokuroru: Azərbaycanla münasibətlərin bundan sonra da inkişafına əminəm

Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, Azərbaycanın baş prokuroru Kamran Əliyev Bruney-Darüssalamın Baş Prokuroru xanım Nor Hashimah Binti Haji Mohammed Taibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan-Bruney arasında mehriban dostluq və əməkdaşlıq əlaqələrindən danışan K.Əliyev, ölkə başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində xalqlarımızın mənafelərinə uyğun inkişaf etdiyini vurğulayıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan K.Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də olunacaq “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Bruney-Darüssalamın Baş Prokuroru səmimi qəbula görə minnətdarlığını bildirərək ikitərəfli münasibətlərin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir

Digər xəbərlər
SON XƏBƏRLƏR
Bilirdən "kiber zorakılıq" xəbərdarlığı
00:09
Böyük ekranda süni intellekt: kinonun gələcəyi yenidən yazılırmı?
00:07
Yuxular arasında ünsiyyət reallığa çevrilib
00:00
Ailələrə internet asılılığı xəbərdarlığı: Yaş azaldıqca risk artır
00:00
Dünya Bankı Azərbaycanın enerji səmərəliliyinin artırılması nəticəsində əldə edəcəyi gəlirləri açıqlayıb
18:40
Putin və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
18:38
Muxtar Babayev ABŞ Prezidentinin baş müşaviri ilə görüşüb
18:12
Azərbaycan BƏƏ ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib
18:10
İsrail Livanda BMT-nin qərargahına zərbə endirib, iki sülhməramlı yaralanıb
18:08
Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə edilməsi ilə bağlı 12 poliqon yeri seçilib
18:07
Çin ABŞ şirkətlərinə sanksiya tətbiq edib
18:05
Aytən Hacıyeva: “BP “yaşıl enerji” layihələri ilə regionda emissiyaları 11 % azaldacaq”
17:58
Samir Məmmədov: "İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib"
17:57
İrakli Kobaxidze: "Anakliya limanı Gürcüstanın Orta Dəhlizdə əlaqələndirici rolunu genişləndirəcək"
17:52
Nazirlik rəsmisi: "Sənayenin hərtərəfli inkişafa və şaxələndirməyə ehtiyacı var"
17:50
İran XİN başçısı: Tehran Vaşinqtonla üçüncü tərəf vasitəsilə diplomatik təmasdadır
17:48
Gürcüstan Azərbaycan startaplarına 10 illik vergi güzəştləri təqdim edə bilər
17:47
İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
17:46
Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
17:44
Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışı
17:43