Bugünkü müxalifət tamamilə xarici göstərişlərdən asılıdır və yalnız ölkədən kənardan alınan əmr və təlimatlarla fəaliyyət göstərir.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bildirib.
Onun sözlərinə görə, Saakaşvili, Qvaramiya, Xazaradze və Qaxariyaya verilən hər bir səs ölkənin mövcudluğu üçün böyük təhlükədir.
“Biz dəfələrlə ictimaiyyətə bildirmişik ki, bugünkü müxalifət tamamilə xarici göstərişlərdən asılıdır və yalnız ölkədən kənardan alınan əmr və təlimatlarla fəaliyyət göstərir. Onlar yalnız seçki nömrəsi və partiya loqotipləri ilə fərqlənirlər, amma məzmuna və antigürcü məqsədlərinə görə eynidirlər”, – deyə icraçı katib bildirib.