Fərid Şəfiyev: Bəzi qlobal və regional aktorlar Xəzər regionu ölkələrini seçim qarşısında qoymağa çalışırlar
SİYASƏT
18:32
24.10.2024
Baxılıb: 550
Fərid Şəfiyev: Bəzi qlobal və regional aktorlar Xəzər regionu ölkələrini seçim qarşısında qoymağa çalışırlar

Hazırda bəzi qlobal və regional aktorların Xəzər regionu ölkələrini seçim qarşısında qoymağa çalışmalarının şahidi oluruq.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzi Forumunun Çinin Şanxay şəhərində təşkil edilən 12-ci toplantısındakı çıxışı zamanı deyib.

O qeyd edib ki, geosiyasi qarşıdurmalar və beynəlxalq ticarət marşrutlarının həssaslığı fonunda Xəzər regionunun əhəmiyyəti yenidən daha qabarıq şəkildə özünü büruzə verir:

"Son 30 ildə Xəzər regionu ölkələri vacib geosiyasi aktorlara münasibətdə balansı qorumağa çalışıblar və bu xətt regionun əksər ölkələrinin xarici siyasətinin prioriteti olaraq qalmağa davam edəcək. Nəzərə alınmalıdır ki, region ölkələrinin özlərinin milli maraqları, ilk növbədə, müstəqillik, ərazi bütövlüyü və suverenlik kimi fundamental maraqları mövcuddur. Lakin beynəlxalq hüququn prinsipləri, xüsusən də ərazi bütövlüyü və suverenlik qlobal güclər tərəfindən pozulur. Bu isə hazırkı dünya düzənini daha həssas və parçalanmış vəziyyətə gətirir. Hazırda qlobal sülh və stabilliyə nail olunması çox uzaq bir ehtimal kimi görünə bilər. Lakin ölkələr ən azı regional səviyyədə konsensusa nail olmağın yollarını tapmalıdırlar”.

F.Şəfiyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra hər zaman çoxtərəflilik və beynəlxalq hüququn aliliyinə dəstəyini ifadə etməsinə diqqət çəkib:

“Son üç onillik Qarabağın Ermənistan tərəfindən işğalı səbəbindən Azərbaycanın əsas diqqəti ərazi bütövlüyünün bərpasına istiqamətlənmişdi. Torpaqlarımızın Ermənistan işğalından azad edilməsindən sonra Azərbaycan diqqətini regional və qlobal səviyyədə xarici siyasət əməkdaşlığının gücləndirilməsinə yönəldib. Hazırda Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan xarici siyasətinin prioritetidir. Cənub Qafqaz və Mərkəzi Asiya regionları arasında dil, etnik kimlik, mədəni və dini əlaqələr daxil olmaqla, çoxlu oxşarlıqlar mövcuddur”.

BMTM sədri Azərbaycan və Çin arasındakı münasibətlərə toxunaraq iki ölkə arasında möhkəm siyasi əlaqələr, fəal dialoq iqtisadiyyat, ticarət, nəqliyyat, telekommunikasiyalar və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm baza formalaşdığını diqqətə çatdırıb.

“Azərbaycan Çinlə əməkdaşlığını həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində dərinləşdirir. Prezident İlham Əliyevin ŞƏT sammitində iştirakı Azərbaycanın çoxtərəfli dialoqa, regional və qlobal əhəmiyyətli məsələlərlə bağlı əməkdaşlığa sadiqliyini əks etdirir. 2015-ci il Ufa sammitində dialoq üzrə tərəfdaş statusu əldə etdikdən sonra Azərbaycan təşkilat daxilindəki rolunu daha da artırmaq istiqamətində addımlar atıb”, - deyə sədr əlavə edib.

O, həmçinin Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini həm ikitərəfli, həm də çoxtərəfli platformalarda gücləndirdiyini, bu əlaqələrin əsasən Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf etdiyinə diqqət çəkib.

Qeyd edək ki, oktyabrın 24-25 tarixlərində keçirilən toplantı “Çoxqütblü dünyada Asiyanın yeni rolu” mövzusuna həsr olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Malayziya “BRICS” tərəfdaşı olmaq üçün dəvət alıb
06:03
Avropa İttifaqı Şurasının prezidentinin Azərbaycana səfəri başlayıb
06:02
Orban: Trampın ABŞ seçkilərində qələbəsi Macarıstanın təcridinə son qoyub
03:33
Bayden Trampla Avropa, Asiya və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək
03:29
Moldovada seçkilər zamanı polis vətəndaşların telefonları dinləyib
03:28
WP: Putin və Tramp telefonla Ukraynadakı münaqişəni müzakirə ediblər
03:25
Bu gün Azərbaycanda COP29-a start verilir
03:23
Alabama ştatında yerləşən Taskiqi universitetində atışma
22:02
Litvanın Maliyyə Nazirliyi: Aİ Şurasına sədrlik ölkəyə 140 milyon avrodan çox başa gələcək
22:00
Almaniyada İsrailin “Arrow 3” raketdən müdafiə sisteminin yerləşdirilməsinə hazırlıq gedir
21:59
Meksikada silahlı insident nəticəsində 10 nəfər öldürülüb, yaralılar var
18:13
Livan İsrailin şimalına raket hücumu həyata keçirib, yaralılar var
18:12
KİV: Trampın dövründə Pentaqona Kristofer Miller rəhbərlik edə bilər
18:11
İrakli Kobaxidze COP29-da iştirak edəcək
16:23
Rusiya Ukraynanın 70 pilotsuz təyyarəsini vurub
16:20
İlham Əliyev rəsmi görüşlər keçirib
16:16
KİV: Qəzzadakı döyüşlərdə 188 jurnalist həlak olub
13:19
Moskva meri şəhərə doğru uçan 32 dronun məhv edildiyini açıqlayıb
13:01
Emil Məcidovun tullantılardan hazırladığı instalyasiya nümunələri
12:22
Rusiyada üç hava limanının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib
12:20