Yeni tip koronavirus futbolçuları depressiyaya salıb.
Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının (FİFPro) hesabatında bildirilib.
Hesabata əsasən, hər 10 futbolçudan biri oyunların dayanmasından sonra depressiyaya düşüb:
“1134 kişi, 468 qadın olmaqla, 1600-ə yaxın idmançı arasında anket sorğusu aparılıb. Bəlli olub ki, qadınların 22, kişilərin isə 13 faizi depressiya yaşayır. Bundan başqa, qadınların 18, kişilərin isə 16 faizinin narahatlıq keçirdiyi aşkarlanıb”.
Qeyd edək ki, 22 mart-14 aprel tarixləri arası aparılan anket sorğusuna Fransa, İsveçrə, İngiltərə, Cənubi Afrika və ABŞ-dan idmançılar qatılıb.