Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili hökümət iclası zamanı bildirib ki, Gürcüstan Çin vətəndaşları üçün viza rejimini ləğv edəcək. Baş Nazir bildirib ki, Çin bu gün dünyanın ikinci iqtisadiyyatıdır. Bizim əsas məsqsədimiz Çinlə iqtisadi əlaqələri gücləndirmək, Gürcüstana daha çox Çin investisiyası və çinli turist cəlb etməkdir.
Baş Nazir bu məqsədlə, Çin vətəndaşlarına vizasız rejimin tətbiqinə qərar veriblər. Bununla bağlı rəsmi prosedurun tez bir zamanda başladılması gözlənilir.