Neftçala şəhərində “Lada” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində “Lada” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.