Ədəbiyyatşünas alim Fərman Xəlilovun biblioqrafik göstəricisi çapdan çıxıb
REGİONAL MƏTBUAT
10:35
20.11.2023
Baxılıb: 4724
Ədəbiyyatşünas alim Fərman Xəlilovun biblioqrafik göstəricisi çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanası tərəfindən tərtib olunan “Fərman Xəlilov. Biblioqrafik göstərici” kitabı nəşr olunub.

Bölmənin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun həyatı və elmi-pedaqoji fəaliyyətinin əksini tapdığı kitab alimin 70 illik yubileyinə həsr olunub.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, tərtibçisi isə Naxçıvan Bölməsinin Elmi Kitabxanasının biblioqrafı Samirə Salahovadır. Əsər “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb.

Kitab filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın yazdığı “Yarım əsrin hesabatı” başlıqlı ön söz xarakterli yazı ilə başlayır. Müəllif burada Fərman Xəlilovun elmi yaradıcılığının mövzu və problem baxımından yenilikçi xüsusiyyətlərindən, gəldiyi nəticələrin faydalılıq və dürüstlük keyfiyyətlərindən bəhs edir. Bugünədək ədəbiyyatşünaslığın aktual problemlərinə həsr olunmuş 20-dən artıq kitab və monoqrafiyanın, 200-dək elmi-publisistik məqalənin müəllifi olan alimin elmi yaradıcılığının geniş mənzərəsini təqdim edir.

Kitabın əvvəlində Fərman Xəlilovun həyatının və elmi-pedaqoji fəaliyyətinin əsas tarixləri verilib, “Dəyərləndirmə” bölməsində tanınmış filoloqların və müxtəlif şəxslərin alim haqqında fikirləri əks olunub.

Biblioqrafik göstəriciyə ədəbiyyatşünas alimin 1969-2023-cü illərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Kanada və Rusiyada ana dilimizlə yanaşı, türk, fars və rus dillərində çap olunan kitab, elmi jurnal, konfrans materialları və dövri mətbuatda dərc olunan məqalələri daxil edilib.

Göstəriciyə ilk təcrübə kimi daxil edilən “Avtoqraflarda xoş arzular, xatirələr” bölməsində ayrı-ayrı vaxtlarda Fərman Xəlilova hədiyyə edilmiş kitablardakı avtoqrafların mətni təqdim olunub.

Biblioqrafik göstəricinin növbəti bölmələrində alimin müxtəlif dissertasiyalara elmi rəhbərliyi və opponentliyi, rəy verdiyi, redaktoru olduğu kitab və monoqrafiyalar, həmçinin elmi-pedaqoji fəaliyyətindən bəhs edən müəlliflər və mənbələr haqqında da ətraflı məlumatlar vardır.

Kitabdan istifadəni asanlaşdırmaq məqsədilə nəşrin sonuna “Köməkçi göstəricilər” bölməsi əlavə olunub.

 

www.science.gov.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyədə “İstehsalın planlaşdırılması” kənd təsərrüfatında məhsuldarlığı artıracaq
00:45
Trampa seçkidən sonra porno aktrisanın işi üzrə hökm çıxarılacaq
22:02
MKİ və Mİ6 rəhbərləri Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu qiymətləndiriblər
21:53
FAO Əfqanıstanda on milyondan çox insana yardım edəcək
18:55
Pakistanda poliomielit xəstəliyinə 17 yoluxma halı qeydə alınıb
18:53
Memar Frans Yants: Xalça Azərbaycan xalqının və bu torpağın mədəni kodudur
18:50
Aktau limanında Azərbaycan-Qazaxıstan nəqliyyat əməkdaşlığının perspektivləri müzakirə olunub
18:49
KİV: Ukrayna ordusu “uçan” Kalaşnikov avtomatlarından istifadəyə başlayıb
17:52
Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub
17:50
Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib
17:47
Macarıstan XİN başçısı Ermənistana səfər edəcək
17:45
Milli Müdafiə Universitetinin xüsusi təyinatlı hərbi kolleclərində peşəkar gizir (miçman) heyəti hazırlanacaq
16:26
Azərbaycana xaricdən uçuşların sayı 22 % artıb
16:24
Azərbaycanda hərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyinin şərtləri məlum olub
16:21
MN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini Eldəniz Yəhyayev icra edir
16:18
Perspektiv: Arktikada Rusiya və NATO yeni marşrutlar və resurslar uğrunda rəqabət aparır
16:14
Sinif düşərgəsində uşaqlara siqaret və spirt verdilər
15:48
Alman təyyarəsində bomba xəbərdarlığı: Ərzurumda məcburi eniş
15:39
Saxta polis qocadan pul alarkən tutuldu
15:36
Səhiyyə naziri: Parlament istəsə, Afrikaya peyvənd göndərəcəyik
15:27