İsrail və Fələstinin HƏMAS radikal hərəkatı arasında atəşkəs eyni şərtlərlə daha bir gün qüvvədə qalacağı bildirilir. Bu barədə məlumatı, danışıqlara ev sahibliyi edən Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari təsdiqləyib.