WP: Tramp ona qarşı ittiham irəli sürmüş prokurorun komandasını işdən çıxarmaq istəyir
REGİONAL MƏTBUAT
22:53
23.11.2024
Baxılıb: 13
WP: Tramp ona qarşı ittiham irəli sürmüş prokurorun komandasını işdən çıxarmaq istəyir

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp respublikaçıya qarşı ittiham irəli sürmüş xüsusi prokuror Cek Smitin komandasının bütün üzvlərini işdən çıxarmaq niyyətindədir.

Bu barədə “The Washington Post” (WP) qəzeti öz mənbələrinə istinadən bildirib.

Mənbələrin məlumatına görə, adətən bu cür siyasi tədbirlərdən qorunan onlarla karyera hüquqşünası, FTB və Ədliyyə Nazirliyinin əməkdaşları işdən azad ediləcək. Trampın onları nə qədər tez işdən çıxara biləcəyi bəlli deyil. Nəşrin müsahiblərindən birinin sözlərinə görə, Tramp həmçinin 2020-ci il prezident seçkilərinin saxtalaşdırılması sübutlarının axtarışı üçün Ədliyyə Nazirliyində istintaq qrupları yaratmağı planlaşdırır. Qəzetin qeyd etdiyi kimi, ştat prokurorlarının iştirakı ilə bu cür qrupların yaradılması ideyası yaxşı işlənməyib və seçilmiş prezidentin tez-tez bəyan etdiyi Ədliyyə Nazirliyinin özündə qayda yaratmaq istəyindən fərqli olaraq “siyahının başında durmur”.

Qeyd edək ki, xüsusi prokuror Smit 2023-cü ilin avqustunda Trampa qarşı dörd maddə üzrə ittihamlar irəli sürdüyünü elan edib. O, faktiki olaraq 2020-ci il seçkilərində məğlubiyyətə baxmayaraq, qanunsuz yolla hakimiyyəti saxlamağa cəhd etməkdə ittiham olunurdu. Trampa qarşı irəli sürülmüş ən ağır cinayətə görə maksimum cəza 20 il azadlıqdan məhrum etmə idi.

Tramp noyabrın 5-də keçirilən seçkilərdə demokratların nümayəndəsi Kamala Harrisi məğlub edib. Bundan əlavə, respublikaçılar ABŞ Konqresinin Senatını nəzarətə götürə biliblər. Onlar həmçinin Nümayəndələr Palatasında çoxluq əldə edirlər. Harris 2021-ci ilin yanvarından vitse-prezident vəzifəsini tutur. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək. Daha əvvəl The New York Times qəzeti xəbər vermişdi ki, Smit seçilmiş ABŞ prezidenti vəzifəyə başlamazdan əvvəl öz işini başa çatdırmağı və vəzifəsindən getməyi planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Politico": Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
23:08
“İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” yenidən təsdiq olunub
23:06
WP: Tramp ona qarşı ittiham irəli sürmüş prokurorun komandasını işdən çıxarmaq istəyir
22:53
Kyodo: Tokio hərbi-sənaye kompleksinin inkişaf strategiyasının hazırlanmasına başlayıb
22:45
Tramp maliyyə naziri vəzifəsinə investor Bessenti təklif edib
13:20
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28