Azərbaycan ilə şərti sərhəddə, Laçın rayon mərkəzindən hava yolu ilə təxminən 16 km məsafədə yerləşən Görus rayonunun Dıg bələdiyyəsinin Qaraşen kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri yeni hərbi hissə yerləşdirib. Peyk görüntüləri bu hərbi hissənin əlahiddə artilleriya divizionu olduğunu və hərbi hissənin qosquda daşınan 8 ədəd (155 mm -lik D-20 və ya 122 mm-lik D-20) artilleriya qurğuları ilə təchiz edildiyini deməyə əsas verir.
Azərbaycan ilə sərhəddin çox yaxınlığında hücum silahlarının yerləşdirilməsi Ermənistanın yeni təxribatlara və eskalasiyaya hazırlaşdığını nümayiş etdirir. Azərbaycan düşmən tərəfindən yaradılan hərbi hissənin bu ərazidən çıxarılmasınıa uyğun bildiyi istənilən yolla nail olmalidur. Ermənistanın Azərbaycan sərhədlərində ağır hücum silahları yerləşdirməsi qəbuledilməzdir.
Bu barədə Ədalət Verdiyev Facebook səhifəsində məlumat paylaşıb.