Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib
CƏMİYYƏT
19:43
03.09.2024
Baxılıb: 1596
Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib

Bakıda COP29 sədri qismində Azərbaycanın təşəbbüsü ilə “İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq” keçirilib.

"Report" xəbər verir ki, tədbirin məqsədi iqlim şəffaflığı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tərəf ölkələr arasında etimad mühitinin formalaşdırılmasına dəstək verilməsi, İkiillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Report/BTR) hazırlanması və bu istiqamətdə ölkələrə dəstəyin verilməsinin təşviq edilməsindən ibarət olub.

Tədbirdə ümumilikdə 120-dən çox ölkə və beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər, o cümlədən Türkiyə, Özbəkistan, Yaponiya, Gürcüstan, Qazaxıstan, Braziliya, Qırğızıstanın nazir və nazir müavinləri, UNFCCC-nin icraçı katibi, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini, Avropa İttifaqı, Avstraliya, Norveç, İsveçrə, Almaniya, Birləşmiş Krallıq, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrin iqlim üzrə baş danışıqçıları və digər nümayəndələr iştirak edib.

Dialoqda açılış nitqi ilə çıxış edən COP29-un Müəyyən edilmiş Prezidenti Muxtar Babayev, iqlim dəyişmələri ilə mübarizədə qlobal səviyyədə əməkdaşlığın önəmini vurğulayıb.

O, bu il ilk dəfə təqdim ediləcək BTR-ların iqlim dəyişmələri sahəsində görülən işlərin obyektiv qiymətləndirilməsində mühüm rol oynadığını bildirib: "Bu hesabatlar Paris Sazişi çərçivəsində ölkələrin öhdəliklərini yerinə yetirməsində önəmli rol oynayacaq, eyni zamanda iqlim dəyişmələri ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətləri daha da gücləndirərək, qlobal səviyyədə bu səylərə əhəmiyyətli töhfə verəcək".

Dialoq çərçivəsində Azərbaycanın COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində mühüm irsi olacaq “Bakı Qlobal İqlim Şəffaflığı Platforması” (Baku Global Climate Transparency Platform/BTP) təqdim edilib.

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev çıxışında bu platformanın əsas məqsədinin qlobal səviyyədə iqlim şəffaflığı üzrə əməkdaşlığı gücləndirmək, ölkələr arasında etimad mühitini formalaşdırmaq və inkişaf etməkdə olan ölkələrə BTR-ların hazırlanması prosesində dəstək verməkdən ibarət olduğunu vurğulayıb.

Eyni zamanda platforma Paris Sazişi çərçivəsində Genişləndirilmiş Şəffaflıq Çərçivəsinin (Enhanced Transparency Framework/ETF) tətbiqini dəstəkləyərək, universal iştirakın təmin olunmasına töhfə verəcək.

Tədbir çərçivəsində həmçinin COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində apardığı qlobal səylərə əlavə töhfə vermək məqsədilə təyin edilmiş COP29-un iqlim şəffaflığı üzrə yüksək səviyyəli nümayəndələrinin təqdimatı olub.

Tədbirdə çıxış edən nazir və nazir müavinləri, eləcə də digər yüksək səviyyəli rəsmilər iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərin gücləndirilməsinə, şəffaflığın artırılmasına və ölkələr arasında etimad mühitinin yaradılmasına Azərbaycan tərəfindən verilən töhfələrin mühüm əhəmiyyətini vurğulayıb, COP29 sədri qismində Azərbaycan tərəfindən irəli sürülən Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) dəstəyini ifadə ediblər.

SON XƏBƏRLƏR
İsrailin iki hərbçisi Livanla sərhəddə ölüb
10:27
Prezidentin Xankəndi səfəri davam edir: Qarabağ Universitetinin açılışı oldu
10:20
Avropa Komissiyasının prezidenti Kiyevə səfər edib
10:19
Azərbaycan neftinin qiyməti 78 dolları keçib
10:15
ABŞ Filippində yerləşdirdiyi “Typhon” raket sistemlərini çıxarmaq niyyətində deyil
10:14
Cənubi Koreya İraqa 2,78 milyard dollarlıq zenit-raket kompleksləri verəcək
10:12
KİV: İsrail 15 ildir ki, Livanda peycerləri partlatmaq üçün əməliyyat hazırlayır
10:06
İsrail qırıcıları Livanda "Hizbullah"ın 100-ə yaxın hədəfini vurub
10:05
Pentaqon: ABŞ İsrailin Livan və Qəzzada quru əməliyyatlarına dəstək verməyəcək
10:04
Myanmada daşqınlar nəticəsində ölənlərin sayı 290-ı ötüb
10:02
Venesuela məhkəməsi Argentina Prezidentinin həbsinə order verib
09:58
Yeni araşdırma: İnsan beyin toxumasında mikroplastik aşkar edilib
09:50
Oturaraq işləyirsinizsə, nə qədər məşq etməlisiniz?
09:47
“ALKA lazer silahı” ilə dron təhlükələrinin qarşısı alınacaq
09:41
Nazir Kacır: Türkiyə texnologiya təşəbbüskarlığında nəhənglər liqasına addım-addım yüksəlir
09:26
Yerə yeni "Mini Ay" gəlir
08:48
Kibertəhlükəsizlik təşkilatı yaradılacaq
08:34
Aİ Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
08:24
Hollandiyadan olan narkotik mafiyası Almaniyada silsilə partlayışlarda şübhəli bilinir
08:21
Startaplara 12 milyard avro dəstək vəd edir
17:01