Xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
CƏMİYYƏT
22:34
04.09.2024
Baxılıb: 2464
Xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə 9-11 sentyabr 2024-cü il tarixində "Gülüstan" sarayında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək.

"Report" xəbər verir ki, 23 ölkədən 80-dən çox azərbaycanlı alimin gəlməsi gözlənilən tədbirdə ümumilikdə 200-ə yaxın elm xadiminin iştirakı nəzərdə tutulur.

Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün onlar Forum çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə yola düşəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
G7 ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit ayırmağı planlaşdırır
00:31
Putin "autriç"/"BRICS plus" formatındakı iclasda müzakirə olunacaq məsələləri açıqlayıb
22:42
Rusiya Liberal Demokrat Partiyasının lideri Azərbaycanı ən vacib tərəfdaş adlandırıb
22:39
Mariya Zaxarova: Qərb Cənubi Qafqazdakı proseslərə təsirini saxlamağa çalışır
22:26
Gürcüstanın hakim partiyası Tbilisidə yekun seçki mitinqini keçirib
22:23
Paşinyan: İrəvanla Bakı arasında sülh prosesi noyabrda müzakirə oluna bilər
22:21
Almaniya Livana yardım üçün əlavə 60 milyon avro ayıracaq
22:18
Ermənistan Azərbaycanla sərhəddə Aİ müşahidəçilərinin mandatının uzadılmasının tərəfdarıdır
22:10
Azərbaycanda taxıl istehsalında məhsuldarlığın artırılması üçün nüvə texnologiyasının tətbiqi müzakirə olunur
22:07
İlham Əliyev Kazanda BRİCS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti ilə görüş
22:06
Azərbaycan və Braziliya arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
21:45
Putin BRICS sammiti çərçivəsində Ərdoğanla görüşüb
21:41
Elnur Məmmədov: Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir
20:13
Hikmət Hacıyev Avropa komissarının əsassız ittihamlarına cavab verib
20:11
AMB: Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir
20:08
HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Moskvada səfərdədir
19:37
SOCAR və “Subsea7” potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib
19:36
Pezeşkian BRICS çərçivəsində yeni enerji tranzit şəbəkəsinin yaradılmasını təklif edib
19:34
Azərbaycan və İran elektrik enerjisinin ixracını müzakirə edib
19:21
ADY: Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək
19:21