Azərbaycan və İran elektrik enerjisinin ixracını müzakirə edib
İQTİSADİYYAT
19:21
23.10.2024
Baxılıb: 2498
Azərbaycan və İran elektrik enerjisinin ixracını müzakirə edib

Energetika naziri Pərviz Şahbazov 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransı çərçivəsində Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Çinlə münasibətlərin inkişafına xüsusi önəm verdiyi qeyd olunub. Bu xüsusda, Azərbaycan - Çin münasibətlərini strateji tərəfdaşlığa yüksəldən Birgə Bəyannamənin neft-qaz, bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafını təşviq edən rolundan bəhs edilib.

Həmçinin Energetika Nazirliyi ilə Çinin Milli Enerji Administrasiyası arasında imzalanmış energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun enerji sahəsində bütün istiqamətləri əhatə etdiyi vurğulanıb. “China Energy Overseas Investment” şirkətinin 160 MVt gücündə günəş elektrik stansiyası layihəsində iştirakı, “PowerChina Huadong Engineering Co.Ltd” də daxil olmaqla Çin şirkətlərinin külək-günəş enerjisi layihələrinin icrasına cəlbi yüksək qiymətləndirilib.

Çin şirkətləri ilə “yaşıl enerji” üzrə yeni layihələrin həyata keçirilməsinə Milli Enerji Administrasiyasının dəstəyi ifadə olunub. Söhbət zamanı COP29-un Fəaliyyət Gündəliyinə və Çinin tədbirdə fəal iştirakına da toxunulub.

P. Şahbazov İranın energetika naziri Abbas Aliabadi ilə də görüşüb. Görüşdə ikitərəfli enerji əməkdaşlığının gündəliyində olan məsələlərə dair fikir mübadiləsi aparılıb. “Xudafərin” və “Qız Qalası”, həmçinin “Ordubad” su elektrik stansiyalarının icra vəziyyəti nəzərdən keçirilib. Su elektrik stansiyalarının tikintisini sürətləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə də müzakirələr aparılıb. Elektrik enerjisinin ticarəti və nəqli imkanları regional elektrik enerji əlaqələrinin qurulması müstəvisində dəyərləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13