Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir
İQTİSADİYYAT
15:54
11.09.2024
Baxılıb: 1306
Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir

Bakıdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar paytaxtın müxtəlif ərazilərindən həmin istiqamətdə fəaliyyət göstərən avtobus marşrutlarından istifadə edə bilərlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhərinə daha tez çatmaq üçün vətəndaşlar “Avtovağzal” metrostansiyasından “Neoplan” avtobusların fəaliyyət göstərdiyi 595 nömrəli ekspres marşrut xətti, habelə Saray qəsəbəsindən keçməklə 503 nömrəli müntəzəm marşrut xətti ilə gedə bilərlər. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir.

“Bu həftənin sonundan etibarən isə Sumqayıta metronun “Azadlıq prospekti” stansiyasından da yola düşmək mümkün olacaq. Belə ki, “Azadlıq prospekti” stansiyasını Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərəcək. Eyni zamanda, metronun “20 Yanvar” stansiyasının yaxınlığından, “Şamaxinka” adlanan ərazidən Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir. Bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli marşrutlar hərəkət edir”, - deyə AYNA-dan verilən məlumatda bildirilir.

Qeyd edək ki, Bakı şəhərindən Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərinə müntəzəm avtobus marşrutları ilə gündəlik təqribən 80 minə yaxın sərnişin daşınır. Hazırda Bakı şəhərinin istənilən ərazisindən avtobus, metro vasitəsilə “Avtovağzal” stansiyasına və Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Mübadilə Mərkəzinə (HUB) getmək mümkündür. HUB-dan Bakı, Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif istiqamətlərinə 27 marşrut üzrə 260-dan çox avtobusla sərnişin daşımaları həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Startaplara 12 milyard avro dəstək vəd edir
17:01
Metroda doğulan körpə üçün ömürlük pulsuz abunə
16:55
SVP: İmmiqrantlardan hərbidən azad vergisi alınmalıdır
16:52
Büdcə planları narahatlıq yaradır
16:47
Intelə dövlət dəstəyi ilə bağlı müzakirələr davam edir
16:44
Berlində qəsdən yandırmada şübhələnir
16:40
Tibb bacıları tərk edilmiş xəstəxanada yaşamağa məcbur edildi
16:25
Norveçdə benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var
11:46
ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb
11:43
Macarıstan Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:38
Hollandiya Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:36
NATO-nun iki qərargahı Finlandiyada yerləşəcək
11:29
Bir il ərzində Rusiyanı 2 milyondan çox miqrant tərk edib
11:25
BMT Baş Assambleyası İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb
11:22
Hər il 1 trilyon ABŞ dollarından çox ziyan
11:09
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
11:07
İlon Mask ABŞ-ni senzurada ittiham edib
11:06
Foto və daktiloskopik barmaq izinin identifikasiyası proseduruna başlanılacaq
11:04
Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi
11:02
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək
11:02