Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır
REGİONAL MƏTBUAT
10:51
15.09.2024
Baxılıb: 2306
Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır

Çində ilin ən güclü qasırğası olan “Yaqi”nin fəsadları aradan qaldırılmamış ölkə daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Çinin meteorologiya mərkəzi qarşıdakı saatlarda “Bebinka” qasırğasının saatda 30-35 kilometr sürətlə ölkənin cənub-şərq sahillərinə yaxınlaşacağını açıqlayıb. Ölkənin Su Ehtiyatları Nazirliyi qasırğanın gətirəcəyi şiddətli yağışlarla əlaqədar Şanxay şəhərində, Ciansu, Cıcian və Anhuy vilayətlərində sel və daşqın xəbərdarlığı elan edib. Güclü yağışlar səbəbindən kiçik və orta çaylarda suyun səviyyəsinin təhlükəli həddə çatacağı gözlənilir. Müvafiq qurumlara, həmçinin əhaliyə sel və daşqınların infrastruktura, evlərə, əkin sahələrinə vura biləcəyi zərərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək tövsiyə olunub.

“Bebinka”nın Çində payız festivalı tətili günlərinə (15-17 sentyabr) təsadüf etməsi milyonlarla insanın səyahət və istirahət planlarını poza bilər. Şanxay şəhərində sentyabrın 15-i günortadan etibarən gəmi səfərləri təxirə salınıb. Bundan başqa, bəzi aviasiya şirkətləri Şanxay hava limanlarında yerinə yetirilməli olan uçuşları ləğv edib, digərləri isə sərnişinlərə biletləri cəriməsiz geri qaytarmaq imkanı yaradıb. Şanxaydan Kunmin və Nannin şəhərləri istiqamətlərində qatarların hərəkəti dayandırılıb, Disneylənddə açıq hava fəaliyyətləri və axşam proqramları ləğv edilib.

Qeyd edək ki, ilin 11-ci qasırğası olan “Yaqi” sentyabrın əvvəlində ölkənin cənubundakı Haynan adasında, eyni zamanda, Quandon əyalətində ciddi dağıntılara və zərərə səbəb olmuşdu. Əhali arasında tələfatın qarşısını almaq üçün qasırğadan əvvəl bir milyondan çox sakin təxliyə edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51