ADB 2024-cü və 2025-ci illər üçün Azərbaycan üzrə inflyasiya proqnozunu əhəmiyyətli dərəcədə azaldıb
İQTİSADİYYAT
18:26
25.09.2024
Baxılıb: 978
ADB 2024-cü və 2025-ci illər üçün Azərbaycan üzrə inflyasiya proqnozunu əhəmiyyətli dərəcədə azaldıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiya tempinin 2024-cü il üçün 2,1 %, 2025-ci il üçün isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.

Bu barədə “Report “ADB-nin bu gün açıqlanan "Asiyanın İnkişaf Perspektivləri" (ADO) hesabatının sentyabr sayına istinadən xəbər verir.

Əvvəlki aprel hesabatında inflyasiya gözləntiləri müvafiq olaraq 5,5 % və 6,5 % səviyyəsində idi.

ADB hesab edir ki, davam edən sərt pul-kredit siyasətinin təsirləri inflyasiyanın azalmasına kömək edib.

“Qlobal əmtəə qiymətlərinin artımının yavaşlaması və Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiyanın azalması, yüksək faiz dərəcələri ilə birlikdə orta illik inflyasiya səviyyəsini 2023-cü ilin birinci yarısındakı 12,7 %-dən bir il sonra 0,7 %-ə endirdi.

Ərzaq qiymətləri 0,6 % azalıb, lakin digər mallarda 1,2 %, xidmətlərdə isə 2,4 % artıb", - hesabatda qeyd olunub.

İnflyasiyanın azalması ilə Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar ayından iyul ayına qədər dörd mərhələdə əsas faiz dərəcəsini 7,75 %-dən 7,25 %-ə endirib.

Hesabat müəlliflərinin qeyd etdiyi kimi, iyun ayının sonundan yanacağın inzibati qiymətlərinin artırılmasının 2024-cü ilin ikinci yarısında inflyasiyanın artmasına səbəb olacağı gözlənilsə də, ilin birinci yarısında çox aşağı inflyasiyanı nəzərə alaraq illik inflyasiya səviyyəsinin əvvəllər proqnozlaşdırılandan aşağı olacağı gözlənilir. Müvafiq olaraq, ADO-nun aprel sayına nisbətən 2024-cü və 2025-ci illər üçün inflyasiya proqnozları aşağı salınıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.

Hökumətin proqnozlarına görə, Azərbaycanda inflyasiya 2024-cü ildə 2,7 %, 2025-ci ildə isə 4,6 % təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10
Londonda 22 ton çeddar pendiri oğurlanıb
01:14
„Mənim işə getmək həvəsim yoxdur“ mübahisəsi
01:04
Belçikada proqram təminatı sənayesi daralır
01:02
Hollandiya noyabr ayından etibarən sərhəd nəzarətinə başlayacaq
00:57
Avstriyada silahlı hücum: Bələdiyyə sədri öldürüldü
00:55
Ermənilər Atatürkün büstünə etiraz ediblər
00:48
“Prezident hökuməti istefaya məcbur etməlidir”
00:43
“Türinqiyada minlərlə ifrat sağçı ekstremist var”
00:39
Aİ ölkələrində elektrik və təbii qaz qiymətləri artıb
00:28