Azərbaycan dünyada 2-ci ən böyük xurma ixracatçısıdır
İQTİSADİYYAT
16:02
27.09.2024
Baxılıb: 2483
Azərbaycan dünyada 2-ci ən böyük xurma ixracatçısıdır

Son illər Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan kənd təsərrüfatına dövlətin göstərdiyi davamlı dəstək və həyata keçirilən islahatlar nəticəsində ciddi irəliləyişə nail olunub. İnnovativ texnologiyaların, sınaqdan keçmiş ən uğurlu qabaqcıl konsepsiyaların, o cümlədən "ağıllı" kənd təsərrüfatı metodlarının tətbiqi, həmçinin dövlətin reallaşdırdığı kompleks dəstək mexanizmləri sayəsində bu sahənin ölkənin qeyri-neft-qaz sektoruna, eləcə də qeyri-neft-qaz ixracına töhfəsi artıb.

Kənd təsərrüfatının önəmli və ixracyönümlü əsas sahələrindən biri olan xurmaçılıq Azərbaycanda qədim ənənələrə söykənərək davamlı maraq və yaradılan əlverişli mühit nəticəsində daha da inkişaf edir. Ölkədə xurma ağacları yerli subtropik iqlim şəraitinə yaxşı uyğunlaşıb və yüksək məhsul keyfiyyəti ilə seçilir. Bu gün Azərbaycanda yetişdirilən təzə xurma daxili tələbatı ödəməklə yanaşı, həm də iri həcmdə dünya bazarlarına tədarük olunur. Bu isə öz növbəsində Azərbaycanı qlobal miqyasda aparıcı xurma ixracatçılarından birinə çevirib.

“Report” bu yazıda xarici ölkələrdə Azərbaycan xurmasına olan tələbat, bu məhsulun yetişdirilməsində, ixracında əldə edilən uğurlar və dövlətin bu istiqamətdə verdiyi dəstək tədbirlərinə toxunub.

Beynəlxalq Ticarət Mərkəzinin (BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və Ümumdünya Ticarət Təşkilatı ilə birgə mandata malik çoxtərəfli agentlik) 2023-cü il üzrə son məlumatlarına görə, Azərbaycan dünyada təzə xurma ixracatçıları siyahısında 2-ci yerdə qərarlaşıb. Sıralamada birinci pillədə İspaniya, üçüncü pillədə isə Çin qərarlaşıb.

2023-cü ildə təzə xurma ixrac edən əsas ölkələrin siyahısı

#

Ölkə

Təzə xurma ixracının dəyəri (milyon ABŞ dolları ilə)

Qlobal ixracda pay, %

1

İspaniya

242,9

43

2

AZƏRBAYCAN

127,2

22,5

3

Çin

91,6

16,2

4

ABŞ

9,5

1,7

5

Özbəkistan

8,8

1,6

6

İtaliya

8,7

1,5

7

Polşa

8,2

1,5

8

Fransa

8,2

1,5

9

Litva

7,9

1,4

10

Gürcüstan

6,4

1,1

Əsas ixrac bazarları

Azərbaycandan əsasən Rusiya, Ukrayna və Belarusa ixrac olunan təzə xurma qeyri-neft ixracının diversifikasiyası çərçivəsində görülən tədbirlər nəticəsində 2023-cü ildə Səudiyyə Ərəbistanı, Gürcüstan, Latviya, İran kimi yeni bazarlara da "ayaq açıb".

Əkin sahələri, yüksək məhsul yığımı və məhsuldarlıq

Azərbaycanda xurma bağlarının sahəsi stabil olaraq artır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2023-cü ilin sonuna xurma əkmələrinin sahəsi 13 min 156,3 hektar olub. Cəmi məhsul yığımı 2022-ci il ilə müqayisədə 1,5 % artaraq 187 min 58,4 ton təşkil edib. Sahəsi ən geniş xurma bağları ilə seçilən Mərkəzi Aran və Qazax-Tovuz iqtisadi rayonlarında ötən il xurma istehsalı müvafiq olaraq 2 % və 3 % artaraq müvafiq olaraq 62 min 42 tona və 45 min 828,5 tona çatıb. Əkin sahələrinin ümumi məhsuldarlığı da müşahidə olunan müsbət tendensiyaya uyğun olaraq 2 % artaraq 158,1 sent/ha bərabər olub. Xurma əkinlərinin ən məhsuldar olduğu torpaqlar Qazax-Tovuz (197,5 sent/ha) və Şəki-Zaqatala (193,6 sent/ha) iqtisadi rayonlarında yerləşir.

Azərbaycanda xurma yığımının 99 %-i fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür. Məhsulun ixracını isə 56 şirkət həyata keçirir.

İxracatçılara göstərilən dövlət dəstəyi

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) kənd təsərrüfatı məhsullarının, xüsusilə, xurmanın ixracının genişləndirilməsində və coğrafiyasının şaxələndirilməsində mühüm rol oynayır. İxracın təşviqi mexanizmlərinin tətbiqi vasitəsilə qeyri-neft ixracının stimullaşdırılmasına töhfə verən AZPROMO-nun dəstəyi ilə xurma ixrac edən üç yerli sahibkarlıq subyekti 2023-2024-cü illərdə “WorldFood Moscow”, “Beynəlxalq Yaşıl Həftə", "Gulfood" və "FOODEX Japan 2024" kimi sərgilərində vahid ölkə stendi altında məhsullarını təqdim edib.

Xatırladaq ki, qeyri-neft məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə tətbiqi nəzərdə tutulan təşviq mexanizmlərindən biri də ixracatçıların qeyri-ənənəvi bazarlara tədarükünü stimullaşdıracaq logistika subsidiyasıdır. Xurma ixracatçılarına yeni bazarlara çıxmağa imkan yaradacaq bu dəstək mexanizminin işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən ixracatçılara logistik xərclərin 100 %-i qədər ödənilməsi formasında tətbiq olunması planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51