Almaniyada sığınacaq müraciətləri yüzdə 24 azalarkən, Suriyalılar müraciətlərdə birinci yerdədir.
Almaniyada sığınacaq müraciətləri yanvar-sentyabr dövründə yüzdə 24 azalıb. Ən çox müraciət Suriyalılardan, ikinci yerdə əfqanlardan və türklərdəndir.
İlin ilk doqquz ayında Almaniyaya sığınacaq üçün müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, Almaniya hələ də Avropada sığınacaq üçün ən çox müraciət edilən ölkə olaraq qalır. Welt am Sonntag qəzetinin Avropa Birliyinin hələ ictimaiyyətə açıqlanmayan 3 oktyabr tarixli hesabatına əsaslanaraq verdiyi xəbərə görə, bu müddət ərzində 170 min 574 nəfər Almaniyadan sığınacaq istəyib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz azalma deməkdir.
Sığınacaq müraciətlərində yüzdə 30 ilə suriyalılar birinci, 15 faizlə əfqanlar və yüzdə 13 ilə türklər üçüncü yerdədir. Eyni dövrdə sığınacaq müraciətlərində ən böyük azalma yüzdə 57 nisbəti ilə Avstriyada qeydə alınıb və təxminən 19 min müraciət edilib.
Hesabatda Livandan yeni immiqrasiya dalğası ehtimalına da diqqət çəkilir. İsrailin Livana hücumlarından sonra 29 sentyabr tarixinə 345 min insanın ölkə daxilində miqrasiya etməli olduğu, 100 mindən çox insanın isə Suriyaya qaçdığı bildirilir. Livandan qaçanların Suriya və Türkiyə üzərindən quru yolu ilə Avropa Birliyinə çatmağa cəhd edə biləcəyi bildirilir.