Zaur Darğallı: Qərbin agenturasına çevrilən radikal müxalifət Gürcüstanda sabitliyi pozmağa çalışır
REGİONAL MƏTBUAT
16:09
16.10.2024
Baxılıb: 150
Zaur Darğallı: Qərbin agenturasına çevrilən radikal müxalifət Gürcüstanda sabitliyi pozmağa çalışır

Gürcüstanın inkişafını istəməyən qüvvələr var, xüsusən də Qərbin agenturasına çevrilən radikal müxalifət ölkədə sabitliyi pozmağa çalışır.

Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan parlamentinin üzvü Zaur Darğallı deyib.

O qeyd edib ki, bu gün Gürcüstan dövləti və xalqı çox önəmli və tarixi hadisənin astanasındadır:

"Bir neçə gündən sonra ölkədə parlament seçkiləri keçiriləcək. Ona görə də demək olar ki, bütün dünyanın diqqəti Gürcüstana yönəlib. Bu seçkilər həm Gürcüstan dövləti, həm də bölgəmiz üçün çox böyük önəm daşıyır. Bu gün Gürcüstanda “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ölkədə stabilliyin, sülhün qarantıdır. Yeganə hakimiyyətdir ki, son 12 il ərzində davamlı sülhü qoruya bilib. Baxmayaraq ki, bu gün bu hakimiyyətə çox böyük təzyiqlər var. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra bu təzyiqlər daha da artıb.

Bəzi qüvvələr Gürcüstanı Rusiya ilə ikinci cəbhə açmağa, Gürcüstandan Ukraynaya könüllü döyüşçülər göndərməyə, Gürcüstanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa sövq edirlər. Amma biz bilirik ki, bu təkliflər Gürcüstan dövlətçiliyinə birbaşa zərbə vuran qərarlar idi. Bu təzyiqlərə baxmayaraq, Gürcüstan hakimiyyəti bunların hamısının qarşısında durdu".

Deputat əlavə edib ki, Gürcüstan iqtisadi inkişaf baxımından lider ölkələr sırasında yer alıb:

"Bu seçkinin önəmi də bu xətdən keçir. Bu, sülh ilə müharibə arasında olan seçkidir. Ailə dəyərləri ilə ailə dəyərlərinə qarşı olan qüvvələr arasındakı seçkidir. Bu seçki bölgədə sülhün bərqərar olunması ilə sülhün pozulması arasında olan seçkidir. Əminəm ki, gürcü xalqı 26 oktyabrda “Gürcü Arzusu”nu dəstəkləyəcək".

Z.Darğallı deyib ki, bu gün Gürcüstanla Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu tərəfdaşlıq eyni zamanda bölgədə sülh və sabitliyin bərqərar olmasına, regionun çiçəklənməsinə xidmət edir.

Siyasətçi Qərbin, o cümlədən ABŞ-nin Gürcüstana qarşı təzyiqlərinin artmasına da münasibət bildirib. Onun sözlərinə görə, təzyiqlərin sistematik olaraq artmasına baxmayaraq, Gürcüstan hakimiyyəti bunlara sinə gərəcək:

"Bizim üçün önəmli olan Gürcüstan əhalisinin maraqlarını yüksək səviyyədə qorumaqdır. Gürcüstan əhalisinin çox hissəsi, son sorğuların nəticələrinə görə, əhalinin 60 faizdən çoxu “Gürcü Arzusu” partiyasının siyasətini dəstəkləyir. Hamı görür ki, bu təzyiqlər ölkədə, bölgədə sabitliyi pozmağa, qarşıdurma yaratmağa yönəlib. Əminəm ki, seçkidən sonra bizim Qərb tərəfdaşlarımızla da münasibətlərə yenidən baxılacaq və bu münasibətlərdə müsbət dinamika olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Britaniya və Almaniya müdafiə sahəsində dərinləşdirilmiş əməkdaşlıq paktı imzalayacaq
13:23
Polşa Almaniyadan təzminat tələb etmək niyyətində deyil
13:22
Aİ Ukraynaya 18 milyard avro kredit vermək niyyətindədir
13:20
ABŞ-də “McDonald's” şəbəkəsində zəhərlənmə olub, ölən və zərərçəkənlər var
13:18
Blinken və Qalant İrana qarşı mübarizəni müzakirə ediblər
13:16
İsrail ordusu Livandan 140-a yaxın raket atəşini aşkar edib
13:14
Livanda hava hücumları nəticəsində 63 nəfər ölüb
13:13
Yaponiya və ABŞ 45 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb
12:53
Avropa Hakimlər İttifaqı: Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq
07:32
Uqandada yanacaq avtomobilinin partlaması nəticəsində 10 nəfər ölüb
07:26
İsrail Ordusu və Livan "Hizbullah" lideri Haşem Safiuddinin öldürüldüyünü təsdiqləyib
07:24
Kanadada 500-ə yaxın yeniyetmə səhvən seçkilərə səsverməyə dəvət edilib
07:19
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının yeni təsvi
22:32
Prezident Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsvirini təsdiq edib
22:25
Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib
21:11
Rütte: Türkiyənin BRICS ölkələri ilə əməkdaşlığı ölkənin NATO-ya üzvlüyünə zidd deyil
21:09
Nə qədər yağış yağıb?
20:59
Ukrayna 2022-ci ilin fevralından bəri ilk dəfə Avropaya uçuşlara icazə verib
20:53
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
20:01
ABŞ Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirir
19:59