Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın istehsal obyektində baş verənləri terror aktı adlandırıb.
Bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.
Türkiyə mətbuatının məlumatına görə, söhbət kamikadzenin partlayıcı qurğunu işə salmasından gedir.