Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) tərəflər iqlim dəyişikliyi ilə mübarizə aparmaq və iqlim böhranından zərər çəkənlərə kömək etmək üçün iddialı maliyyə hədəfinə nail olacaqlar.
Bbu barədə Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
International climate finance is working.
— Foreign, Commonwealth & Development Office (@FCDOGovUK) October 23, 2024
But there is more to be done to address the needs of developing countries at the frontline of the climate crisis.
At COP29 we will be pushing for an ambitious finance goal for climate aid.
See you in Baku. pic.twitter.com/aLVBPKgVnG
“Beynəlxalq iqlim maliyyəsi işləyir. Lakin iqlim böhranının ön cəbhəsində olan inkişaf etməkdə olan ölkələrə mühüm yardım göstərmək üçün daha çox iş görülməlidir. Bakıda görüşənədək”, - paylaşımda qeyd edilib.