İngiltərə və Uelsdə doğuş göstəriciləri 1938-ci ildə qeydə alınandan bəri ən aşağı səviyyəyə düşüb.
Bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir.
Ümumilikdə, 2023-cü ildə Böyük Britaniyanın 68,3 milyon əhalisinin təxminən 90%-nin yaşadığı İngiltərə və Uelsdə 591 072 körpə doğulub. Bu, 1977-ci ildən bəri ən aşağı göstəricidir.
London Universitet Kollecinin araşdırmasına görə, minilliyin əvvəlində doğulan gənclər övlad sahibi olmaq üçün əsas maneələr kimi maddi çətinliklər, layiqli tərəfdaşın olmaması, həmçinin daşınmaz əmlakın və uşaq dəstəyinin baha olmasını göstərirlər.