Azərbaycanda NETTY2024 Milli İnternet Mükafatında iştirak üçün ərizələrin qəbulu davam edir
İQTİSADİYYAT
14:02
01.11.2024
Baxılıb: 1686
Azərbaycanda NETTY2024 Milli İnternet Mükafatında iştirak üçün ərizələrin qəbulu davam edir

Azərbaycanda NETTY2024 Milli İnternet Mükafatında iştirak üçün ərizələrin qəbulu davam edir, artıq 180-dən çox layihə təqdim olunub.

2024-cü ildə NETTY çərçivəsində resurslar aşağıdakı əsas kateqoriyalar üzrə qiymətləndirəcək:

• Dövlət və elektron hökumət

• Sosial məsuliyyət və cəmiyyət

• Biznes və sahibkarlıq

• Maliyyə, bank və fintech

• E-ticarət və kommersiya

• Elm, təhsil və innovasiya

• Səhiyyə, idman və turizm

• Məlumat və xəbərlər

• Mədəniyyət və incəsənət

Hər nominasiya üç sahədən ibarətdir: vebsaytlar, tətbiqlər və sosial səhifələr. Hər nominasiya üzrə hər bir istiqamət üzrə qalib müəyyən ediləcək.

Hazırda müsabiqədə iştirak edən resursların 75 %-i internet saytlarıdır, iştirakçıların qalan hissəsi, hələ ki, sosial səhifələr və tətbiqlər arasında bərabər bölünür.

Hazırda ən çox iştirakçı “Biznes və Sahibkarlıq” nominasiyasında, ən az iştirakçı isə “Maliyyə, Bankçılıq və Fintex” nominasiyasındadır.

2009-cu ildən başlayaraq NETTY çərçivəsində “İlin İT hadisəsi” fəxri nominasiyası da mövcuddur. Noyabrın 1-dən bu nominasiya üzrə də ərizələrin qəbuluna başlanılıb. Bu nominasiya Azərbaycanın yüksək texnologiyalar bazarında əsas layihələri müəyyənləşdirir və mükafatlandırır. Nominasiyanın keçirilməsi NETTY mükafatının təşkilat komitəsi və InfoCity jurnalının redaktorları tərəfindən irəli sürülüb.

Müsabiqə iştirakçılarından ərizələrin qəbulu, virtual münsiflər heyətinin seçilməsi və ekspert şurasının formalaşdırılması www.netty.az saytında 30 noyabr 2024-cü il tarixinədək davam edəcək.

Ərizələrin qeydiyyatı ödənişlidir. Yalnız təşkilat komitəsi tərəfindən təsdiqlənmiş ərizələr ödəniş üçün link alacaq və iştirak etməyə davam edəcək.

Dekabrın 1-dən 7-dək namizədlərin siyahısını formalaşdıran Ekspert Şurası ilə Virtual Münsiflər Heyəti arasında səsvermə keçiriləcək.

Dekabrın 8-də NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.

İştirakçılar aşağıdakı 3 meyara görə qiymətləndirilir: ideya, məzmun, icra.

NETTY2024-ün qalibləri təntənəli mükafatlandırma mərasimində rəsmi olaraq elan edilir. Bütün müsabiqə nominantları tədbirə dəvətlidir. Müsabiqə zamanı nominantlar və qaliblər diplomlar və rəsmi NETTY mükafatlarını, həmçinin müsabiqə partnyorları tərəfindən hədiyyələri alırlar. Medianın və internet auditoriyasının diqqəti təmin edilir.

Səsvermə başlamazdan əvvəl müsabiqənin bir hissəsi olmaq üçün bir neçə üsul var - iştirakçı, virtual münsiflər heyətinin üzvü və ya müsabiqənin eksperti olmaq.

“İştirakçılar” öz layihələri, veb-resurslarını, sosial şəbəkələrdəki səhifələrini və ya tətbiqlərini mükafatın saytında qeydiyyatdan keçirmiş istifadəçilərdir.

“Virtual münsiflər heyəti” internet istifadəçilərindən formalaşır. Sosial şəbəkələrdən istifadə edərək mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü ola və müsabiqəyə namizədlərin seçilməsində iştirak edə bilərlər. Münsiflər heyəti “Virtual Münsiflər Heyətinin Seçimi” kateqoriyasında müsabiqədə iştirak edənlərin ümumi sayından üç namizəd seçir.

“Ekspert Şurası” müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və s. sahələr üzrə mütəxəssislərdən ibarətdir. Ekspert şurası nominasiyaların hər biri üzrə, və hər sahə üzrə üç namizəd seçir.

“NETTY Akademiyası” Azərbaycanın dövlət, ictimai və biznes strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur. Akademiya hər bir sahə üzrə mövcud nominasiyaların hər biri üzrə mükafatın yeganə qalibini müəyyən edir.

Müsabiqə haqqında ətraflı məlumat əldə etmək və iştirak etmək üçün www.netty.az saytına baxa bilərsiniz.

Bu ilki mükafatı dəstəkləyənlər:

Baş tərəfdaş: NAR

Rəsmi tərəfdaş: Azərbaycan İnnovasiya Mərkəzi

Tərəfdaşları: Epoint, Matrix Akademiyası, SmartHost, Savalan, Renley

Kibertəhlükəsizlik üzrə partnyor: Cyberpoint

Layihənin informasiya tərəfdaşları: “Report” İnformasiya Agentliyi, Infocity.tech, “Sapunov Online”, Tech.az, “Каспий” qəzeti, Baku.TV, Baku.ws

Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51