Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti “Azərbaycanda pensiya islahatlarına dəstək - II faza” Tvinninq layihəsinin 2-ci komponenti “Pensiya sisteminin rəqəmsallaşdırılması” çərçivəsində Litva və Estoniyada səfərdə olub.
Nümayəndə heyəti Litvanın Sosial Müdafiə və Əmək Nazirliyi yanında Dövlət Sosial Sığorta Fondu, İnformasiya Cəmiyyətinin İnkişafı Komitəsi və Dövlət Vergi Müfəttişliyində və Estoniyanın Elektron İdarəetmə Akademiyasında, həmçinin sosial sığorta və pensiya qurumlarında görüşlər keçirib.