Macarıstanda təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə
REGİONAL MƏTBUAT
16:30
17.10.2023
Baxılıb: 4350
Macarıstanda təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə

Naxçıvan Dövlət Universitetində “Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində görüş keçirilib. Görüşdə əvvəlcə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbir iştirakçılarını salamlayaraq iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində layihənin əhəmiyyətini vurğulayıb.

 

Daha sonra Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə nümayəndəsi Monika Felföldi çıxış edərək “Stipendium Hungaricum” təqaüd proqramı barədə məlumat verib. Bildirilib ki, oktyabrın 20-dək davam edəcək layihə Macarıstanın “Stipendium Hungaricum” təqaüd proqramının 10-cu ildönümünə həsr olunub.

 

Layihə Macarıstanda təhsil almış məzunların ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən universitetlərin tələbələri ilə görüşünü təşkil etmək, təcrübə və karyera imkanlarını regionlardakı universitetlərdən olan tələbələrlə bölüşmək, həmçinin Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstanda təhsil barədə məlumatlandırma işini aparmaq məqsədi daşıyır.

 

Qeyd edək ki, layihə çərçivəsində digər görüşlərin Qazax, Gəncə və Mingəçevirdə keçirilməsi planlaşdırılıb. HTP çərçivəsində Macarıstanda təhsil barədə ətraflı məlumatı htp.edu.az səhifəsindən əldə etmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Niderland səfirliyi Venesuela müxalifətinin liderinə sığınacaq verib
20:13
İlon Mask üç ilə trilyonçu ola bilər
19:51
Təbriz şəhərində Azərbaycan bayrağının təsviri olan minlərlə stikerlər
18:24
“Hürriyet” qəzeti: Ermənistan-Türkiyə dialoqu qardaş Azərbaycanın maraqlarına uyğun aparılmalıdır
18:18
Viktor Orban: Azərbaycan Aİ üçün strateji əhəmiyyətli ölkədir
18:15
Xaçmazda arıçılıq təsərrüfatlarında məhsuldarlıq artıb
18:12
"Formula 1"lə bağlı paytaxtda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək
18:06
Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək
18:03
Azərbaycan cüdoçuları Avropa çempionatında qarışıq komanda yarışının qalibi olublar
18:02
Melnik Scholz-u Moskva ilə diplomatik əlaqələrə çağırır
18:00
“Neft 40 dollar olanda Putin mübarizə apara bilməyəcək”: Tramp Ukraynadakı münaqişəyə son qoymaq planını bölüş
16:59
Braziliyada X sosial şəbəkəsinin bloklanmasına qarşı etiraz aksiyaları keçirilib
16:49
Ermənistanın neytrallığı - İrəvan üçün optimal çıxış yolu
15:57
Venesuela müxalifətinin prezidentliyə namizədi ölkəni tərk edir
15:19
İordaniya-İordaniya sərhədində terror aktı: 3 nəfər ölüb
15:14
Vyetnamın şimalında qasırğa 14 nəfərin həyatına son qoyub
15:08
Qazaxıstanda 140-dan çox məktəbli qidadan zəhərlənib
15:05
Bu həftə Avstriyada nə baş verdi?
13:54
Türkiyənin ilk gözdən əlil hakimi vəzifəsinə başladı
13:02
Çini qablar - hazırlanma qaydası uzun illər əcnəbilərdən gizlədilən sənət
12:52