Sağlamlıq imkanları məhdud uşaqların inklüziv siniflərdə təhsilə cəlb olunması və onların cəmiyyətə inteqrasiyası üçün Elm və Təhsil Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri də 2021–2022-ci tədris ilindən Təhsil İnstitutunun Elm və Təhsil Nazirliyi və UNICEF ilə birgə həyata keçirdiyi "İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" adlı silsilə layihədir. Layihənin məqsədi Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.