Oktyabrın 27-də gözlənilən hava şəraiti
REGİONAL MƏTBUAT
10:08
27.10.2023
Baxılıb: 3944
Oktyabrın 27-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq.Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Digər xəbərlər