Azərbaycan Respublikası Baş Prokurorluqdan verilən məlumata görə, 2005-ci il təvəllüdlü Pərviz Əhmədovun rayonun Pəlikəş kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Burhan Vahabovu odlu silahdan bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Pərviz Əhmədov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.