Hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü Qurbanzadə Əli Oruc oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Ona xəsarət yetirməkdə 1938-ci il təvəllüdlü Qənbərov Şahhüseyn Ramazan oğlu şübhəli bilinir. İlkin məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.