Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi gələcəyin kibertəhlükəsizlik mütəxəssislərini yetişdirməyə uğurla davam edir. Yeni dalğa ilə 60 nəfər seçilərək bu sahədə peşəkar mütəxəssis kimi yetişdiriləcək.
Proqrama 17 yaşından yuxarı Azərbaycan vətəndaşları müraciət edə bilər. Müraciətçilərin “intermediate” səviyyəsində ingilis dili bilikləri və baza səviyyəsində kompüter bilikləri olması üstünlükdür. Bütün mərhələləri uğurla keçən namizədlər İsrail Technion İnstitutundan peşəkar dərslər alacaq. İndi müraciət et, gələcəyin görünməz qəhrəmanlarından biri də sən ol! Son tarix: 25 Noyabr