Noyabr ayının 22-də saat 03:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Şirvanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Bakı şəhər sakini 2005-ci il təvəllüdlü Vəlizadə Nəriman Emin oğlu saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.