Taksi sürücülərinə saxta 50-100 manatlıq əskinaslar verilib
REGİONAL MƏTBUAT
14:43
11.12.2023
Baxılıb: 5861
Taksi sürücülərinə saxta 50-100 manatlıq əskinaslar verilib

Paytaxtın Nərimanov rayonu ərazisində taksi sürücülərinə qarşı dələduzluq edilib. Rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan 5 nəfər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət edərək avtomobillərinə müştəri kimi əyləşən şəxsin onlara üzərində “etibarsız” yazılan 50 və 100 manatlıq əskinaslar verib əvəzində isə pulun qalığını aldığını bildiriblər. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunazidd əməlləri törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü əvvəllər məhkum olunmuş Hafiz Mahmudov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı dələduzluq edərkən istifadə etdiyi üzərində “etibarsız” yazılan 50, 100 və 200 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.  Taksi sürücülərinə qarşı dələduzluq edən şəxsin hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.


Nərimanov RPİ-nin 16-cı PŞ əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində  inzibati ərazidə yerləşən geyim mağazalarından birində olan seyfdən 2072 manat oğurlayan paytaxt sakini Şahniyar Hüseynov da saxlanılıb. Bu şəxsin törətdiyi oğurluq hadisəsi də geyim mağazasındakı kameralar vasitəsilə qeydə alınıb. H. Mahmudov və Ş.Hüseynovun Bakı şəhərinin müxtəlif ərazilərində analoji cinayətlər törətmələri istisna edilmir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51