4 dekabr tarixində Mərmərə dənizi, Gəmlik Körfəzində 5.1 bal gücündə baş verən zəlzələdən sonra 4.5 və 3.5 gücündə zəlzələlər baş verib.
Türkiyənin məşhur geoloqu Naci Görür İstanbulda hər an zəlzələnin olma ehtimalının 47%-ə yaxınlaşdığını qeyd edib. Elm adamı, bu rəqəmin çox yüksək olduğuna diqqət çəkib.
Naci görür həmçinin qeyd edib ki, əgər İstanbulda zəlzələ baş verərsə, bu zəlzələnin gücü minimum 7.2, maksimum isə 7.5 olacaq.
İstanbul bələdiyyəsindən verilən məlumata görə, hazırda İstanbulda 3 milyon insan uçma ehtimalı olan binalarda yaşayır.
Bu ilin fevralında baş verən zəlzələnin fəsadları hələ də, tam aradan qaldırılmayıb.