Gürcüstanın Baş naziri İrakli Garibaşvili hökümətin təhsil sahəsində apardığı reformlardan danışarkən bildirib ki, 2012-ci ildən bu yana Gürcüstanın təhsil büdcəsi 4 dəfə artırılıb. 2012-ci ildə 626 milyon lari olan təhsil büdcəsi, 2024-cü ildə 2.5 milyard lariyə çatdırılacaq.
Nazir onu da deyib ki, 2012-ci ildə müəllimlərin ortalama maaşı 330 ları olduğu halda, bu gün bu rəqəm 1200 lariyə çatıb. Nazir onu da əlavə edib ki, gələn ildən ediləcək dəyişikliklər ilə bu rəqəm 1800 lariyə qədər artacaq.