Xəbər verildiyi kimi cari il sentyabrın 24-də Füzuli rayonu ərazisində 1987-ci il təvəllüdlü Ruhanə Qasımovanın qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. (//genprosecutor.gov.az/az/post/6826)
İbtidai istintaqla 1984-cü il təvəllüdlü Süleyman Qasımovun arvadı Ruhanə Qasımovanın valideyinlərinin yaşadığı Füzuli rayonu, Qayıdış-5 qəsəbəsi ünvanında yerləşən evə qanunsuz daxil olması və həmin evdə aralarında yaranmış mübahisə zamanı sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Süleyman Qasımova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 157.1-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.