Sumqayıtda sagird dünyasını dəyişib.
REGİONAL MƏTBUAT
18:14
09.04.2024
Baxılıb: 1094
Sumqayıtda sagird dünyasını dəyişib.

Bu gün Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi Turan Vəliməmmədov ağır xəstəlikdən sonra dünyasını dəyişib. 

Təhsil müəssisəsindən əldə etdiyimiz məlumata görə, səhhətində olan problem təxminən 20 gün öncə özünü büruzə verib. Ailəsi müvafiq xəstəxanada müalicəsi ilə bağlı zəruri tədbirlər görsə də, təəssüf ki, xəstəlik müalicəyə cavab verməyib. 

Turan Vəliməmmədov məktəbdə nümunəvi davranışı ilə fərqlənən şagirdlərdən biri olub. O, bu gün Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılıb. 

Ailədə iki uşaq olublar. Böyük qardaşı da Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 11-ci sinfində təhsil alır.

Digər xəbərlər