Göyçay şəhərində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və 2 otağın tavanı 25 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik ümumi sahəsi 340 m² olan birmərtəbəli 6 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 2 m² sahədə əriyib. Evin qalan hissəsi və digər bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.