Pakistanın Pəncab əyalətində məktəb avtobusuna silahlı hücum nəticəsində ən azı 2 uşaq ölüb, 5 nəfər isə yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Geo TV" telekanalı məlumat yayıb.
Məlumata görə, insident hücum edənlərin məktəb avtobusunun sürücüsünə qarşı şəxsi düşmənçiliyi səbəbindən baş verib. Aldığı xəsarətlərə baxmayaraq, sürücü sağ qalıb.
Polis və şəhər rəhbərliyi hadisə yerindən qaçan cinayətkarların axtarışını həyata keçirir.
Pakistan Prezidenti Asif Əli Zərdari hücumu pisləyib və təqsirkarlara qarşı sərt tədbirlərin görülməsi ilə bağlı göstəriş verib.