Qafqaz dağlarında güclü meşə yanğını nəticəsində bir qrup turist dərədə qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, 7 nəfər Dombay kurortunda (Rusiya) Qonaçxır dərəsində ilişib qalıb. 40 xilasedici köməyə tələssə də, qatı tüstü axtarışları çətinləşdirir.
Məlumata görə, Qaraçay-Çərkəz dağlarında tüstülənmə barədə ilk məlumat avqustun 21-i axşam saatlarında daxil olub.
Qeyd olunur ki, yaşayış məntəqələri üçün təhlükə yoxdur.