TBMM-də “Deepfake” texnologiyalarla mübarizə müzakirə olunacaq
REGİONAL MƏTBUAT
22:30
24.08.2024
Baxılıb: 687
TBMM-də “Deepfake” texnologiyalarla mübarizə müzakirə olunacaq

Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyası zamanı süni intellekt (Sİ) üzrə komissiyanın yaradılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, TBMM Elektron Platformalar Komissiyasının sədri Hüseyin Yaman jurnalistlərə yeni parlament komissiyasının məqsədləri, vəzifələri barədə danışıb.

Onun sözlərinə görə, Sİ texnologiyalarının inkişafı məsələsi bütün dünyada ciddi mübahisə mövzusudur. “Sİ üzrə komissiyanın yaradılması haqqında qərar artıq qəbul olunub. Bu, ölkənin bütün siyasi qüvvələrinin iştirakını tələb edən çox mühüm addımdır”, - deyə deputat vurğulayıb.

Yaman bildirib ki, yeni komissiyanın üzvləri “Deepfake” texnologiyalardan gələn təhdidin də əks olunacağı hesabatı hazırlayacaqlar.

O xatırladıb ki, İtaliyanın Baş naziri Corca Meloni də bu yaxınlarda video və audioların saxtalaşdırılmasında istifadə olunan süni intellekt texnologiyaları ilə bağlı problemlərlə üzləşib.

Komissiyanın rəhbəri əlavə edib ki, qarşıya 2025-ci ilə qədər Türkiyənin Sİ inkişafı üzrə ölkələrin TOP-20-yə daxil olunması vəzifəsi qoyulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Startaplara 12 milyard avro dəstək vəd edir
17:01
Metroda doğulan körpə üçün ömürlük pulsuz abunə
16:55
SVP: İmmiqrantlardan hərbidən azad vergisi alınmalıdır
16:52
Büdcə planları narahatlıq yaradır
16:47
Intelə dövlət dəstəyi ilə bağlı müzakirələr davam edir
16:44
Berlində qəsdən yandırmada şübhələnir
16:40
Tibb bacıları tərk edilmiş xəstəxanada yaşamağa məcbur edildi
16:25
Norveçdə benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var
11:46
ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə əsas faiz dərəcəsini aşağı salıb
11:43
Macarıstan Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:38
Hollandiya Aİ-nin miqrasiya qaydalarından imtina etmək istəyir
11:36
NATO-nun iki qərargahı Finlandiyada yerləşəcək
11:29
Bir il ərzində Rusiyanı 2 milyondan çox miqrant tərk edib
11:25
BMT Baş Assambleyası İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb
11:22
Hər il 1 trilyon ABŞ dollarından çox ziyan
11:09
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
11:07
İlon Mask ABŞ-ni senzurada ittiham edib
11:06
Foto və daktiloskopik barmaq izinin identifikasiyası proseduruna başlanılacaq
11:04
Polkovnik: Azərbaycan Ordusu separatçıları 23 saat 48 dəqiqə ərzində kapitulyasiyaya imza atmağa məcbur etdi
11:02
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması müzakirə ediləcək
11:02