Polşa və müttəfiq ölkələrin aviasiyası Rusiya Federasiyasının Ukraynadakı fəallığı səbəbindən səmaya qaldırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşa silahlı qüvvələrinin operativ komandanlığının X sosial şəbəkəsində yayılan bəyanatında deyilir.
"Diqqət, ölkənin cənub-şərq hissəsində Polşa və müttəfiq aviasiyasının hava məkanımızda işə başlaması ilə bağlı artan səs-küy səviyyəsi müşahidə oluna bilər", - deyə məlumatda qeyd olunub. Komandanlıq bunun Rusiya aviasiyasının Ukraynanın qərbindəki hərəkətləri ilə bağlı olduğunu bildirib.
Məlumata görə, Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb və operativ komandanlıq vəziyyəti daim izləyir.