Pakistanın Kəraçi şəhərində siklon təhlükəsi səbəbindən məktəblər bağlanıb
REGİONAL MƏTBUAT
12:46
30.08.2024
Baxılıb: 1234
Pakistanın Kəraçi şəhərində siklon təhlükəsi səbəbindən məktəblər bağlanıb

Ərəbistan dənizində baş verən güclü fırtınadan sonra güclü yağışlar və küləklər Pakistanın hakimiyyət orqanlarını ölkənin ən böyük şəhəri Kəraçidə cümə günü, avqustun 30-da məktəbləri bağlamağa məcbur edib. Meteoroloji xidmət, həmçinin nadir siklonun gətirdiyi fırtına ilə bağlı xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, yerli Meteorologiya bürosunun məlumatına görə, Kəraçinin bəzi ərazilərinə cümə gününə keçən gecə boyu 147 millimetr yağış yağıb. Şəhər meri Murtaza Vahab “X” sosial platformasındakı paylaşımında sakinlərdən ehtiyatlı davranmağı xahiş edib.

Pakistan hakimiyyəti balıqçılara və dənizçilərə dənizə çıxmamağı tövsiyə edib və vurğulayıb ki, fırtına yaxın günlərdə şəhərlərdə, eləcə də dağlıq ərazilərdə sel və daşqınlara səbəb ola bilər.

Təbii fəlakətlərin idarə edilməsi orqanlarının məlumatına görə, bazar günündən bəri Qucarat sahillərinə yaxın şəhərlərdə 28-dən çox insan həlak olub və 18 minə yaxın sakin təxliyə edilib.

“Indian Express” avqust ayında Ərəbistan dənizi üzərində siklon qasırğasının əmələ gəlməsinin nadir hadisə olduğunu yazıb və sonuncu belə fırtınanın 1964-cü ildə müşahidə edildiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Minlərlə Hizbullah üzvünün peycerləri kütləvi şəkildə partladı
22:49
Marsın səthinin altında aşkar edilən sirli strukturlar
22:45
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək
20:09
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
20:07
Portuqaliyada meşə yanğınları nəticəsində 7 nəfər ölüb
20:05
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək
20:02
Azərbaycan və Braziliya kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək
19:57
Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər
19:12
Gürcüstana sanksiyalar məsələsi Kobaxidze ilə ABŞ heyəti arasında müzakirə ediləcək
19:11
Türkiyə və İsveç birgə təhlükəsizlik mexanizmini müzakirə edəcək
19:11
Azərbaycan İraqa qızıl ixracını artıra bilər
19:09
Gürcüstanın Baş naziri: Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır
19:08
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
19:05
İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər
19:03
Ermənistan Baş Prokurorluğu Sarkisyana bəraət hökmündən apellyasiya şikayəti verib
19:02
Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir
19:00
NATO-nun Yaxın Şərqdə bürosu olacaq
18:58
Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir
18:56
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib
18:55
Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq
18:54