İsveç telekanalı Ağdamla bağlı film çəkib
REGİONAL MƏTBUAT
23:40
01.09.2024
Baxılıb: 2907
İsveç telekanalı Ağdamla bağlı film çəkib

İsveçin “Kunskapskanalen” telekanalı Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalı zamanı dağıdılmış Ağdamla bağlı film çəkib.

“Report” xəbər verir ki, filmin əvvəlində bir vaxtlar regionun müasir və mütərəqqi mədəniyyət mərkəzi olan, sonradan “barıt çəlləyinə” çevrilərək tez bir zamanda kabus şəhərə bənzəyən Ağdamdan bəhs olunur.

"Azərbaycanda Qafqaz dağlarının kölgəsində qaranlıq keçmişi olan kabus şəhər yerləşir. Yaşıl ağacların arasında yüzlərlə dağıdılmış binanın xarabalıqları var. Bu, fəlakət filmindəki səhnəyə bənzəyən qorxunc bir mənzərədir. Yollar və küçələr boşdur, heç yerdə insan yoxdur", - filmdəki kadrarxası səs şəhərin indiki vəziyyətini belə təsvir edir.

Kimya mühəndisi Ceyqa Vays, yazıçı və tarixçi Dominik Selvud, eləcə də yazıçı və jurnalist Cim Meyds 1870-ci ildə tikilən, bir neçə silahlı münaqişədən zərər çəkməmiş çıxan və erməni əsgərləri tərəfindən artilleriya atəşini istiqamətləndirmək üçün gözətçi qülləsi kimi istifadə edilən məscidin hekayəsindən bəhs edirlər.

Filmdə həmçinin regionda həyatın tam canlanmasına mane olan mina probleminin miqyasından da bəhs edilir.

“Bu gün mina təhlükəsi səbəbindən yalnız əsas yollarla hərəkət etmək mümkündür. Əgər marşrutu dəyişdirmək istəyirsinizsə, əvvəlcə istehkamçılar ərazini yoxlamalıdırlar. Bu bölgədə bir vaxtlar yüz minlərlə mina basdırılmışdı”, - süjetdə bildirilir.

Filmin sonunda 2021-ci ilin mayında Baş planı təsdiqlənən şəhərin dirçəldilməsi barədə danışılır. Qeyd olunur ki, şəhərdə 100 min sakin yaşayacaq və şəhərin həyata dönməsi üçün ümid simvoluna çevrilmiş “Ağdam” futbol klubu yenidən burada çıxış edəcək.

"Ağdamdan demək olar ki, heç nə qalmayıb, amma bu qırğından heyrətamiz bir şey xilas olaraq onun gələcəyinə ümid verib - bu, şəhərin futbol komandasıdır. Bu yerlə bağlı klubun hələ də mövcud olması şəhərin yenidən həyata qayıdacağına ümid verir”, – sonda bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51